Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb.

61 yaşlı kişini güllələyəndən sonra...

Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona ov tüfəngi ilə həmkəndlilərindən birinin xəsarət yetirdiyi bildirilir.

61 yaşlı şəxsi güllələyən şəxs özünə də silahla xəsarət yetirib.

Rayonun Qımılqışlaq kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlunu güllələyən həmkəndlisi, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmaməddin oğlu özünü də güllələyib.

O, yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

AzNews.az