- Köhnə - Hadisə
- 3 Oktyabr 2017 19:16
- 4 876
Dağda köməksiz qalan rusiyalı turistlər Şamaxıya gətirildi
Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.
AzNews.az FHN-nə istinadən xəbər verir ki, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.
Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.
Əlavə məlumat veriləcək.