Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakının mərkəzində faciə

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, metronun "Nərimanov" stansiyasının yaxınlığında - Ağa Nemətulla küçəsində "Toyota Prado" markalı, 90 HG 699 dövlət qeydiyyat nişanlı avtomobil yolu küçməyə çalışan 55-60 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.