Şirvanda bıçaqlanma hadisəsi baş verib. Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Gənc oğlan bıçaqlandı

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda adı hələlik məlum olmayan 25-26 yaşlı gənc oğlan bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə olan gənc əməliyyata götürülüb. Yaralı vəziyyətdə aşkar olunan şəxsi yoldan keçən sakinlər xəstəxanaya çatdırıblar. Onun kim tərəfindən vurulduğu məlum deyil.

Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən bıçaqlanan və hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az