Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb. Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb.

29 yaşlı qız evində işləyən ustalar tərəfindən döyüldü - Bakıda

Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.

Nəticədə qadın bir neçə nəfər tərəfindən döyülüb. O, başından açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis bölməsi tərəfindən araşdırmalara başlanılıb.

AzNews.az