09:04
(077) 610-22-33

Lerikin qədim mağarası uçdu - 23 kəndlə əlaqə kəsildi + Fotolar

  • >
7 132 5 Oktyabr 2017 13:54 | Hadisə

Güclü sel Lerik rayonu ərarzisində yerləşən qədim Buzeyir mağarasını uçurub.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bölgəyə yağan güclü yağışlar nəticəsində Buzeyir kəndinə də sel gəlib. Nəticədə kənd ərazisində yerləşən paleolit dövrünə aid qədim Buzeyir mağarasının üstü tamamilə uçaraq kənd yolunu bağlayıb. Qeyd edək ki, mağaranın altından keçən kənd yolu 23 kəndi rayon mərkəzi ilə birləşdirir. Hal-hazırda 50-yə yaxın avtomobil yolda qalıb. Yolun açılması üçün hələlik işçi qüvvəsi gəlməyib.

Büzeyir mağarası —Lerik rayonu ərazisində, Zuvand çayının sol sahilində, Buzeyir kəndinin şərqində yerləşir. Büzeyir kəndi dağın döşündə, mağara isə 1640 metr yüksəklikdə yerləşir. Mağarada 1985-ci ildə aparılan arxeoloji qazıntılar zamanı 5 mədəni təbəqə qeydə alınıb ki, onlardan da üst təbəqələr eneolit-tunc, alt təbəqələr isə paleolit dövrünə aiddir. Mağaradan daş alətlər və heyvan sümükləri tapılmışdır. Alimlər insanların bu mağarada Mustye dövrü və Son Aşel dövründə yaşadıqlarını bildirirlər.

Büzeyir mağarası cənub zonasında tapılmiş ən qədim insan düşərgələrindən biridir.

Lalə Nurəddinqızı

AzNews.az

Bağla X