10:06
(077) 610-22-33

Bulvarda daha bir intihar

  • >
195 21 Fevral 2013 08:54 | Hadisə

Bakı şəhərinin Səbail rayonu ərazisində intihar hadisəsi baş verib.




Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində, "Hökumət evi" ilə üzbəüz hissədə şəxsiyyəti hələlik məlum olmayan şəxs özünü dənizə atıb. 65-70 yaşlı şəxsin meyiti sudan çıxarılıb. Meyitə baxış keçirilib və hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Hazırda intihar etmiş kişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Bağla X