Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib. Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.

Erməni diasporasının eks lideri qətlə yetirilib - Foto

Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, üllələnərək öldürülən şəxs biznesmen, Voronej vilayətinin İctimai Palatasının üzvü və "Ani" təşkilatının sədri Arsen Papazyandır.

Killer ona yaxın məsafədən 4 dəfə atış açıb. Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Onun kimlər tərəfindən və hansı səbəbdən güllələnməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, tikinti sahəsi ilə məşğul olan Papazyan erməni diasporunun fəal maliyyə mənbələrindən olub və Qarabağdakı qondarma quruma yardımlar edib.