Nizami rayonunda yerləşən cəzaçəkmə müəssisələrinin birində ölüm faktı qeydə alınıb. Nizami rayonunda yerləşən cəzaçəkmə müəssisələrinin birində ölüm faktı qeydə alınıb.

Həbsxanada məhkum ölüb

Nizami rayonunda yerləşən cəzaçəkmə müəssisələrinin birində ölüm faktı qeydə alınıb.




Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fevralın 20-də saat 22:00 radələrində 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29-cu (Cinayətin ehtiyatsızlıqdan törədilməsi) və 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1948-ci il təvəllüdlü Qafarov Sədulla Əhməd oğlu cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin tibb hissəsində ölüb.

Qafarovun meyitinə baxış keçirilib. Məhkumun bədəni üzərində zorakılıq əlaməti ilə müşaiyət olunan hər hansı xəsarət müəyyən edilməyib.

Faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.

AzNews.az