Bu gün Nigar Yaqublunun məhkəməsidir

Bu gün Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun növbəti məhkəmə prosesi olacaq. "Qafqazinfo" xəbər verir ki, proses saat 15:00-da Sumqayıt Apelyasiya məhkəməsində başlayacaq.

Qeyd edək ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasından sonra həbs edilib.

Dekabrın 19-da isə Abşeron Rayon Məhkəməsi Nigara 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzası kəsib.

AzNews.az