16:54
(077) 610-22-33

Qamış biçən gənc oğlan suya düşərək boğuldu

  • >
1 467 7 Oktyabr 2017 21:38 | Hadisə

Neftçalada sudaboğulma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Haqverdili kəndində qeydə alınıb.

İlkin məlumata görə, Bəyoğlan obasında yaşayan, 18 yaşlı Baloğlan Telman oğlu Tahirov su kanalında qamış biçərkən suya düşərək boğulub. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az

Bağla X