09:03
(077) 610-22-33

Bakıda oğurluq - Polis yaralandı

  • >
1 720 7 Oktyabr 2017 23:30 | Hadisə

Bakının Sabunçu rayonunda mənzildən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, oktyabrın 6-da Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti Mərkəzi”nə zəng edib və yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini deyib.

Məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.

Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.

İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyənləşib.

Faktla bağlı toplanmış materiallar rayon prokurorluğuna göndərilib.

AzNews.az

Bağla X