Bakıda su qızdırıcısına görə kirayədə qalan qadın ev sahibi tərəfindən döyülüb. Bakıda su qızdırıcısına görə kirayədə qalan qadın ev sahibi tərəfindən döyülüb.

Ev sahibi kirayənişin qadını döydü - Su qızdırıcısına görə

Bakıda su qızdırıcısına görə kirayədə qalan qadın ev sahibi tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsi, Həbibov küçəsi ev 49 ünvanında 45 yaşlı Səfərova Fatma Aydın qızı kirayə yaşadığı evdə su qızdırcısını söndürən ev sahibinə öz iradını bildirib. Ev sahibi (hələlik adı açıqlanmır) bundan əsəbləşərək kirayənişin F. Səfərovanın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

AzNews.az