14:09
(077) 610-22-33

Müdafiə Nazirliyi generalın ailəsini məhkəməyə verdi

  • >
273 21 Fevral 2013 11:55 | Hadisə

Azərbaycan Müdafiə Nazirliyi, general-mayor Lənkəran Əliyev və onun övladlarını növbəti dəfə məhkəməyə verib.

APA-nın məlumatına görə, nazirlik L. Əliyevə məxsus mənzilin tamamilə boşaldılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qətnamədən isə L. Əliyev apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.

Qeyd edək ki, nazirlik bundan əvvəl də Lənkəran Əliyevə və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Həmin iddiada L. Əliyevə məxsus mənzilin bir hissəsinin boşaldılması və mənzilin orderinin etibarsız hesab edilməsi tələb olunub. Həmin iddia təmin olunub.

Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.

AzNews.az
Bağla X