04:10
(077) 610-22-33

Zaqatalada bir qrup sakin aksiya keçirib

  • >
468 21 Fevral 2013 13:55 | Hadisə

Fevralın 21-də Zaqatala rayonunun Lahıc kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. Onlar Bakı-Balakən yolunu bağlayıblar.

Bu haqda AzadlıqRadiosuna Lahıc kənd sakini Mövlud İbrahim məlumat verib.

Kənd sakinləri zəlzələdən zərər çəksələr də onlara lazımı miqdarda kompensasiya verilmədiyindən, ev tikilmədiyindən şikayət ediblər.

İcra hakimiyyətinin və fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gəlib. Bundan sonra yol açılıb. Hazırda fövqəladə hallar komissiyasının nümayəndələri yenidən zəlzələdən zərər çəkmiş evlərin siyahıya alınmasına başlayıb.

Fevralın 11-də Balakən rayonunun Hənifə kəndinin bir qrup sakini də icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmişdi. Onlar da evlərinin bərpa olunmamasına etiraz etmişdilər.

Zaqatalada keçən ilin mayında 6 bal gücündə zəlzələ olub. İnsan tələfatı olmasa da xeyli sayda tikiliyə zərər dəyib. Oktyabrın 14-də baş verən ikinci zəlzələdən sonra isə zərər görən tikililərin sayı artıb.

AzNews.az
Bağla X