Bakıda bədbəxt hadisə baş verib. Bakıda bədbəxt hadisə baş verib.

26 yaşlı gənc liftin şaxtasına düşərək öldü - Bakıda

Bakıda bədbəxt hadisə baş verib.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.