Daphne Caruana Galizia təhdidlərə məruz qalması barədə polisi xəbərdar edibmiş. Daphne Caruana Galizia təhdidlərə məruz qalması barədə polisi xəbərdar edibmiş.

Maltanın məşhur qadın blogeri öldürüldü - Avtomobilinə bomba yerləşdirilib + Foto

Daphne Caruana Galizia təhdidlərə məruz qalması barədə polisi xəbərdar edibmiş.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, Maltanın məşhur müxalif blogeri Daphne Caruana Galizia avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub. Onun avtomobili axşam saatlarında qohumlarının birinin evindən ayrıldıqdan bir qədər sonra partladılıb. Məlumata görə, hadisədən dərhal sonra Galizianın uşaqlarından biri partama səsini eşidərək bayıra qaçıb və anasının avtomobilini alov bürüdüyünü görüb.

Maltanın baş naziri Joseph Muscat blogerə yönəlik bu hücümü barbarlıq adlandıraraq kəskin tənqid edib. Qeyd edək ki, Galizia blog səhifəsindəki yazılarında ölkə iqtidarı ilə yanaşı, müxalif siyasətçiləri də sərt tənqid edib.