Bakıda meyiti tapılan “Enlightenment” dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) çalışıb. Bakıda meyiti tapılan “Enlightenment” dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) çalışıb.

Damarlarını kəsən ADPU-nun baş müəllimi imiş - Təfərrüat + Yenilənib

Bakıda meyiti tapılan “Enlightenment” dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) çalışıb.

Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

M.İbrahimov qeyd edib ki, ADPU-nun Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Yusif qızı Əliyeva sonuncu dəfə keçən həftənin cümə günü işdə olub.

O bildirib ki, İ.Yusifovanın meyiti işlədiyi dil kursunun ofisində aşkarlanıb: “Lakin onun intihar etməsi və ya qətlə yetirilməsi ilə bağlı dəqiq məlumata malik deyilik. Ailəsi ilə əlaqə saxlamaq imkanı yoxdur, çünki telefon zənglərinə cavab verilmir”.

M.İbrahimli onu da qeyd edib ki, İradə Əliyeva müsbət xarakterli, nizam-intizamlı və ictimai cəhətdən fəal müəllim kimi xarakterizə olunurdu. Onun meyiti damarları kəsilmiş vəziyyətdə tapılıb. 56 yaşlı İ.Əliyevanın intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi-63-də yerləşən dil kursunun ofisində qeydə alınıb.

***

10:56

Bakıda kurs müəllimi damarlarını kəsərək intihar edib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 63 ünvanında yerləşən “Engligtment” dil kursları mərkəzində qeydə alınıb. Orada müəllim işləyən, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyeva sağ qolunun damarını kəsərək intihar edib. Nəticədə çoxlu qan itirən İ. Əliyeva dünyasını dəyişib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az

image description