Mingəçevir–Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb. Mingəçevir–Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb.

Zəncirvari qəza - Xəsarət alan var

Mingəçevir–Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xaldan qəsəbəsi ilə Əkşəm kəndi arasında baş verib.

Qəfil qarşısına çıxan traktordan yayınmaq istəyən “Ford” markalı mikroavtobusu arxadan vuran “Mercedes” markalı minik maşını avtobusun traktorla toqquşmasına səbəb olub. Nəticədə xəsarət alan “Ford”un sürücüsü Elşən Qarayev xəstəxanaya yerləşdirilib.

Mingəçevirlə Yevlaxın Xaldan qəsəbəsi arasında daimi sərnişin daşıyan mikroavtobusda hadisə zamanı sərnişin olmayıb. Hadisədən az öncə son reysini başa vurmuş sürücü sərnişinləri dayanacaqda düşürdüb.

Qəza ilə bağlı araşdırma aparılır.

AzNews.az