Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Cinayətin qurbanı 52 yaşlı Xudiyev Zahid Nəcəf oğlu olub. O, koma vəziyyətində Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna aparılıb. Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Cinayətin qurbanı 52 yaşlı Xudiyev Zahid Nəcəf oğlu olub. O, koma vəziyyətində Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna aparılıb.

Zərərçəkən komaya düşdü - Bakıda quldurluq

Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Cinayətin qurbanı 52 yaşlı Xudiyev Zahid Nəcəf oğlu olub. O, koma vəziyyətində Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna aparılıb.

AzNews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlum olub ki, oktyabrın 17-də rayonun 24-cü polis bölməsinə zərərçəkmişin 1990-cı il təvəllüdlü oğlu Əli Xudiyev müraciət edib. Gənc oğlan bildirib ki, oktyabrın 14-də saat 23:00-da Çobanzadə küçəsindəki 45 nömrəli binanın yaxınlığında Ümid adlı kişi işdən evə qayıdan atasına hücum edib. Hücum edən şəxs Xudiyevi döyərək ondan 1500 manat pul alıb və qaçaraq aradan çıxıb. Xudiyev isə koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Faktla bağlı hələlik heç kim saxlanmayıb. Polis bölməsində faktla bağlı AR Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi açılıb.

Qeyd edək ki, oktyabr ayı başlayandan bu günə kimi Bakı şəhərində üç quldurluq hadisəsi qeydə alınıb ki, onlardan da ikisinin üstü artıq açılıb.