Şəkidə 45 yaşlı qadın intihara cəhd edib. Şəkidə 45 yaşlı qadın intihara cəhd edib.

Bacısıgilə qonaq gedən qadın özünü öldürmək istədi

Şəkidə 45 yaşlı qadın intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, bu gün saat 17 radələrində Şəmkir rayonu Dəllər Cəyir kənd sakini, 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Məsimova Şəki rayonunun Çeşməli kəndində qonaq gəldiyi bacısı evində baş örpəyi ilə özünü asaraq intihar etmək istəyib. 45 yaşlı Mehriban Məsimova son anda yaxınları tərəfindən xilas edilib. Qadın təcilli yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

M. Məsimova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az