Sabir Rüstəmxanlının Türkiyə səfəri başladı

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə millət vəkili məlumat verib.

Səfərin məqsədi Xocalı soyqırımı ilə bağlı Türkiyənin bir çox şəhərlərində keçiriləcək tədbirlərdə iştirak etməkdir. Millət vəkili İstanbul, Ankara, Adana və bir sıra şəhərlərdə təşkil ediləcək tədbirlərə qatılacaq.