Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb. Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

Qadın əri tərəfindən döyüldü

Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb.

Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az