09:34
(077) 610-22-33

Azərbaycan cəbhə xətti boyu azan səsinin bərpasına başlayıb

  • >
1 521 22 Fevral 2013 10:20 | Hadisə

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə Ağdamın Quzanlı qəsəbəsində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyasına start verib.

APA-nın məlumatına görə, əvvəlcə Dövlət Komitəsi, Dağlıq Qarabağın Azərbaycanlı İcması İB rəhbərliyi, o cümlədən ziyalılar, ictimaiyyət nümayəndələri, millət vəkilləri, ilahiyyatçılar, din xadimlərindən ibarət qrup Ağdam rayonunun girişində yerli dindarlar və rayon ictimaiyyəti ilə birgə Quzanlı qəsəbəsində Heydər Əliyevin abidəsini və Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Sonra Ağdam rayonunun Çəmənli kəndində, cəbhə xəttinin 3-4 km-liyində yerləşən "Cümşüd" məscidində dindarların və rayon ictimaiyyətinin iştirakı ilə mitinq keçirilib, o cümlədən vaxtilə Ağdam "Cümə" məscidindən verilmiş azanın bərpası mərasiminə başlanıb. Kampaniya cəbhə xətti boyu davam edir.

AzNews.az
Bağla X