Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillər toqquşdu - Yaralanan var

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “Ford Tranzit”lə VAZ 21011 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Tovuz Rayon Şöbəsində araşdırma aparılır.

AzNews.az