Anar yazıçını niyə işdən qovdu?

Uzun müddətdir ki, yazıçı Mahirə Abdulla ilə Abbas Abdulla arasında gedən qalmaqala nəhayət ki, Yazıçılar Birliyi tərəfindən nöqtə qoyulub. Belə ki, Mahirə Abdulla birliyin sədri Anar tərəfindən işdən qovulub.

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında bunu təsdiqlədi: "Yazıçılar Birliyi Mahirə Abdulla ilə müqavilə bağlamadı. O, daha işə gəlmir".

Məlumat üçün bildirək ki, qalmaqala səbəb yazıçılar - Mahirə Abdulla və Abbas Abdulla arasında baş verən narazlıq olub. Onlar arasında yaşanan problemlər mətbuatda da dərc olunub.

Bahar Rüstəmli
AzNews.az