Əli Kərimlinin qaynı həbsdə qaldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini, Elnur Seyidovun şikayətinə baxılıb.

Vəkil Asabəli Mustafayevin Turan-a verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi fevralın 15-də Səbayel Rayon Məhkəməsinin Elnur Seyidovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verilən vəsatət üzrə apellyasiya şikayətini təmin eləməyib. Vəkilin sözlərinə görə, prosesdə Elnur Seyidovun özü də iştirak edib.

E.Seyidovu keçən il martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2-ci (dələduzluq küllü miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə dələduzluqda ittiham olunub. Daha sonra ona 179.3.1, ( mənimsəmə və ya israf etmə)179.3.2, (külli miqdarda törədildikdə) 308.2,(vəzifə səlahiyyətlərindən sui- istifadə) 313 (vəzifə saxtakarlığı)və 320.2-(rəsmi sənədləri, möhürləri saxtalaşdırma, satma, hazırlama) maddələri ilə yeni ittihamlar verilib.

E.Seyidovun hüquqlarını müdafiə edən vəkil A.Mustafayev nəinki Apellyasiya Məhkəməsinin qərarını, ümumiyyətlə bu işin qanunsuz, saxta olduğunu bildirib.

Vəkil hesab edir ki, hazırda ittiham akti ilə bağlı hazırlıq mərhələsindədir. Lakin ittiham aktında ona verilmiş ittihamlar üzrə tutarlı sübutlar olmadığını və onun konkret nədə, hansı epizodlar əsasında həbs edilməsi yazılmır.

Bununla belə, vəkil istintaqın MTN tərəfindən aparılması ilə razılaşmayıb.

Onun sözlərinə görə, adətən bu cür cinayət işini prokurorluq və ya polis aparır.

Beləliklə, vəkil hüquqlarının müdafiə elədiyi şəxsin həbsinin hüququ nəticələrinin olmadığını əsas gətirərək, E.Seyidovun həbsinin siyasi sifarişli olduğunu vurğulayıb.

Qeyd edək ki, bankın rəhbəri Etibar Əliyev də həbs olunub. Lakin sonradan onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb. Hazırda bankın Yasamal filialının müdir müavini E. Seyidov və bankın digər bir neçə əməkdaşı həbsdədir.

Elnur Seyidov həm də AXC rəhbəri Əli Kərimlinin qaynıdır.

AzNews.az