- Köhnə - Hadisə
- 23 Fevral 2013 09:05
- 2 401
Bakıda BP əməkdaşının meyiti tapıldı
Fevralın 23-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində BP (British Petrolium) şirkətinin vəzifəli əməkdaşının meyiti tapılıb
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zərifə Əliyeva küçəsi 49, mənzil 12 ünvanında yaşayan Böyük Britaniya vətəndaşı 1962-ci il təvəllüdlü Arnold Brandın meyiti elə yaşadığı ünvanda tapılıb. Meyit ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.
Faktla əlaqədar Səbail rayon Prokurorluğunda araşdırmalar aparılır.
AzNews.az