Fazil Mustafa Türkiyəyə səfərə gedib

Bu gün Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Türkiyəyə səfərə gedib.
APA-nın məlumatına görə, F. Mustafa Türkiyədə yerli telekanalların birində Xocalı soyqırımı ilə bağlı çıxış edəcək. Onun həmçinin soyqırımla əlaqədar keçirilən konfransda iştirakı nəzərdə tutulur.