15:06
(077) 610-22-33

İranda daha 3 nəfər edam edildi

  • >
234 24 Fevral 2013 09:45 | Hadisə

İranın Yəzd şəhərində 3 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik qaçaqmalçılığında günahlandırılaraq dar ağacına çəkiliblər. Məhbusların adları da açıqlanıb. Bunlar Cokar Cavid, Qulam Əlizadə və Lütfüllah Caviddir. Onlar barəsində yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar Yəzdin mərkəzi həbsxanasında səhər saatlarında icra edilib. Bundan əlavə, Ümid Cavid, Cəmşid Cavid və adı çəkilməyən digər qardaş edam olunacaqları günü gözləyir. Edam olunmuş məhbusların cəsədləri Dehdəşt şəhərində böyük kütənin iştirakı ilə torpağa tapşırılıb.
İran İnsan Haqları Fəallarının bildirdiyinə görə, Kohkouliyə və Boyur Əhməd həbsxanalarında 2013-cü ilin yanvarından indiyədək 20 nəfər edam edilib və mayadək daha 37 nəfər dar ağacına çəkiləcək.
Bağla X