18:28
(077) 610-22-33

“Oskar”ın sahibləri bəlli olub

  • >
390 25 Fevral 2013 11:38 | Hadisə

Amerika Kino Akademiyası 2012-ci ilin ən yaxşı filmlərini və aktyorlarını seçib. APA-nın məlumatına görə, bu il ən yaxşı film nominasiyasında "Oskar" mükafatını Ben Afflekin çəkdiyi "Arqo əməliyyatı" qazanıb. Bu mükafatı ABŞ-ın birinci xanımı Mişel Obama elan edib. Filmdə 1978-ci ildə Tehranda girov götürülən Amerika diplomatlarının azad edilməsindən bəhs olunur. Ben Afflek özü filmdə Mərkəzi Kəşfiyyat İdarəsinin agenti rolunu oynayıb.

2012-ci ilin ən yaxşı kino aktyoru ABŞ-ın mərhum prezidenti Avraam Linkoln rolunu oynayan Deniel Dey-Luis seçilib. Bu, artıq onun üçüncü "Oskarı"dır.

Ən yaxşı aktrisa adını isə "Sevdiyim oğlan dəlidir" filmində çəkilən Cennifer Lourens alıb. Gecədə yaddaqalan məqamlardan biri də Cennifer Lourensin mükafatı almaq üçün səhnəyə çıxarkən yıxılmağı olub.

"Ən yaxşı rejissor işi" nominasiyasında "Life of Pi" ("Pinin həyatı") filminə görə Anq Lee, "Ən yaxşı köməkçi qadın rolu" nominasiyasında "Les Miserables" ("Rədd edilmiş") filminə görə Enn Hetvey, "Ən yaxşı köməkçi kişi rolu" nominasiyasında "Django Unchained" ("Azad edilmiş Canqo") filminə görə Kristof Valtz, "Ən yaxşı sənədli film" nominasiyasında "Searching For Sugar Man" (Şəkər adamın axtarışı) filmi, "Ən yaxşı quruluş"a görə "Arqo" filmi, Xarici dildə ən yaxşı filmin quruluşuna görə isə "Amour"("Sevgi") "Oskar" qazanıb.

AzNews.az
Bağla X