Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ərlə arvadı maşın vurdu

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlunu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızını vurub.

Piyadaların ikisi də hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.