14:13
(077) 610-22-33

Ermənistanda tələbələr MSK binasına yürüş edib

  • >
465 25 Fevral 2013 16:21 | Hadisə

Dərsləri boykot edərək İrəvan Dövlət Universitetinin binası qarşısına toplaşan tələbələr Mərkəzi Seçki Komissiyasının binasına doğru yürüş ediblər. APA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, tələbələr ölkədə ədalət bərpa olunana qədər tətili davam etdirəcəklərini söyləyiblər. Aksiyada MSK sədri nəzərdə tutularaq "Mukuçyan, ayıb olsun!" şüarı səslənib.

"Bu, birinci gündür və biz sabah, ondan sonra nə olacağını bilmirik. Vətənimizdə azadlıq uğrunda mübarizə başlayıb. Tətil hər vətəndaşın konstitusion hüququdur və heç kim buna qadağa qoya bilməz. Biz demokratik seçki tələb edirik", deyə tələbələr bildiriblər.

Tələbələr MSK-nın saxta nəticələr elan etdiyini xatırladaraq polislərdən MSK-dakı cinayətkarların həbs olunmasını tələb ediblər.

Qeyd edək ki, fevralın 26-da Ermənistanda ümumi tələbə tətili elan olunub.

AzNews.az
Bağla X