Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Daha bir yol qəzası

Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Sabirabadın Qaratoğay kənd sakini, 55 yaşlı Vəlixan Heydər oğlu Heydərov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az