Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın məhdudlaşdırılıb. Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın məhdudlaşdırılıb.

Qaxda meşədə axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb - Yenilənib

Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın məhdudlaşdırılıb.

AzNews.az xəbər verir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Yanğın Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

***

Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın davam edir.

AzNews.az Report-a istinadən xəbər verir ki, təqribən 2 hektar yaylaq ərazisini əhatə edən yanğının söndürülməsinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 15 nəfərdən ibarət şəxsi heyəti və Qax Meşə Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları cəlb olunub.

FHN-in yaydığı məlumata görə, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

***

Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.

Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.