Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub. Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub.

Ələtdə ağır qəza - 1 ailənin 4 üzvü yaralandı

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki,

qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.

V. Məmmədov, V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.