Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub. Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

“Mercedes”lə “KamAZ” toqquşdu - Ölən var (Fotolar + Yenilənib)

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər alıb.

***

08:56

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

Qatı dumanlı havada “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az