Yevlax rayonunda Türkiyə vətəndaşı qəzaya düşərək ağır xəsarət alıb. Yevlax rayonunda Türkiyə vətəndaşı qəzaya düşərək ağır xəsarət alıb.

TIR aşdı - Sürücü yaralandı

Yevlax rayonunda Türkiyə vətəndaşı qəzaya düşərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndində baş verib.

Türkiyə vətəndaşı olan Rizə şəhər sakini, 1978-ci il təvəllüdlü Erdinç Savaş Yıldırımın idarə etdiyi TIR yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az