Bakıda yaşayış binasının 15-ci mərtəbəsindən iki avtomobilin üzərinə kərpic daş düşüb. Bakıda yaşayış binasının 15-ci mərtəbəsindən iki avtomobilin üzərinə kərpic daş düşüb.

Bakıda bahalı maşının üstünə 16-cı mərtəbədən... - Video

Bakıda yaşayış binasının 15-ci mərtəbəsindən iki avtomobilin üzərinə kərpic daş düşüb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 42-50 ünvanında baş verib.

Nəticədə də hər iki avtomobilə ciddi ziyan dəyib.Hadisə zamanı oradan keçən piyadalar xəsarət almayıb.Yaxınlıqda olan obyektlərədə zərər dəymiyib.''Leksus'' markalı avtomobilin sürücü Azər Fərəcov şifahi olaraq bildirdi ki,yaxınlıqdakı Moskva univermağından çıxıb avtomobilini götürəndə maşının ön hissəsinin əzildiyinin şahidi olub.

Məsələ ilə bağlı ev sahibi ilə əlaqə saxladıq.Mənzilin sahibi Elxan Məmmədov bildirdi ki, evi yeni alıb və eyvanında təmir işləri aparırmış. Hadisə vaxtı isə evdə, ancaq ustalar olub və elə onların səhvi ucbatında da belə bir hadisə baş verib.

Ev sahibi bildirdi ki, mənzildə işləyən ustalar polis tərəfində dindirilib. Faktla bağlı araşdırma aparılır.