Ağdamda sobanı kimyəvi məhlulla yandırmaq istəyən qadın və ailə üzvü xəsarət alıb. Ağdamda sobanı kimyəvi məhlulla yandırmaq istəyən qadın və ailə üzvü xəsarət alıb.

Evdə partlayış oldu - Ailə üzvləri yaralandı

Ağdamda sobanı kimyəvi məhlulla yandırmaq istəyən qadın və ailə üzvü xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Eyvazlı kəndində baş verib.

23 yaşlı Xəlilova Türkan Akif qızı odun sobasını kimyəvi məhlulla yandırmaq istəyərkən ani partlayış baş verib.

Alovun T. Xəlilovanı bürüdüyünü görən ailə üzvü Əfsanə Əhmədova odu söndürməyə nail olsa da, özü də yanıq xəsarəti alıb.

Onların hər ikisi təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

AzNews.az