Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb

Avtobus qadını vurdu

Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb

AzNews.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.