Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov avtomobilinin qaçırıldığı barədə polisə müraciət edib. Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov avtomobilinin qaçırıldığı barədə polisə müraciət edib.

Avtomobil oğrusundan narkotik tapıldı

Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov avtomobilinin qaçırıldığı barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AzNews.az-a verilən məlumata görə, Hüseynağa Cəfərov bildirib ki, noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ 21011” markalı avtomobilin qaçırılib.

Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini, 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub.

Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə rayon polis şöbəsinə gətirilib.

Müçtəba Sadıxovun üzərinə baxış keçirililərkən ondan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.