Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kürdəmirdə baş verən yol qəzasında 1 nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Ağsu-İmişli-Kürdəmir yolunun 30-cu kilometrliyində, yolun Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Əhliman Soltanov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə Kürdəmir rayon sakini, 1966-cı il təvəllüdlü Şərəfxanov İlqar Qərib oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını toqquşub.

Qəza baş verən an əks istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini, 1977-ci il təvəllüdlü Məcidov Zaur Rza oğlu qəzadan yayınmaq üçün idarə etdiyi OPEL markalı minik maşınını yoldan çıxararaq su arxına düşüb. Hadisə zamanı “VAZ-21099”un sürücüsü İ. Şərəfxanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az