06:40
(077) 610-22-33

“Yeni videolarla bağlı Elşad Abdullayevdən soruşun”

  • >
260 26 Fevral 2013 14:31 | Hadisə

Polis polkovniki Rasim İldırımzadə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin onunla bağlı yeni video görüntülər yayacağı barədə açıqlamasına münasibət bildirib





Bu barədə APA-nın sorğusunu cavablandıran Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki R. İldırımzadə qeyd edib ki, E. Abdullayevin yaydığı videolara yenidən münasibət bildirmək istəmir: "Mən bu videolarla bağlı sözümü demişəm. Yeni videolarla bağlı da gedin Elşad Abdullayevdən soruşun, onun özündən cavab alın".

R. İldırımzadə işdən çıxarılması barədə bəzi KİV-də yayılan məlumatları da təkzib edib: "Hazırda iş başındayam, bu məsələ ilə bağlı da istintaqa çağırılmamışam".

Qeyd edək ki, E. Abdullayevin bir neçə gün əvvəl qardaşının oğurlanmasına dair daha bir video yayıb. Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.

E. Abdullayev ötən gen yenidən mətbuata açıqlama verərək R. İldırımzadə ilə bağlı yeni video görüntülər yayacağını açıqlayıb.
Bağla X