Ayaz Mütəllibov Xocalı qurbanlarını 4 gün əvvəl ziyarət edib

"Xocalı şəhərində sakinlərin başına gəlmiş bu faciə yaddaşımdan heç vaxt silinməyəcək. Bunu unutmaq olarmı? Heç vaxt!"

Bu sözləri eks-prezident Ayaz Mütəllibov AzNews.az-a açıqlamasında deyib. Xocalı acısının daim azərbaycanlıların qəlbində və ruhunda yaşadığını vurğulayan A.Mütəllibov faciəni əbədiləşdirən "Ana harayı" abidəsini dörd gün əvvəl ziyarət etdiyini bildirb.

Qeyd edək ki, eks prezident fevralın 22-də Bakının Xətai rayonunda Xocalı faciəsi qurbanları abidəsini ziyarət edib və abidənin önünə gül çələngi qoyub. Mütəllibov bir neçə dəqiqə abidənin önündə durub və heç bir bəyanat səsləndirməyib.

Gültəkin
AzNews.az