Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

“Laçın“ ticarət mərkəzində qanlı hadisə

Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.




Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospektində yerləşən "Laçın" ticarət mərkəzində 1982-ci il təvəllüdlü Quliyev Rəsul Əliqulu oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Rəsul Quliyev isə ağır vəziyyətdə "Azərsutikinti" xəstəxanasına yerləşdirilib.

AzNews.az