Bərdənin baş baytarı həbs olundu

Bərdədə baytarlıq idarəsinin vəzifəli şəxsləri rüşvət alarkən yaxalanıblar. Baş Prokurorluqdan "Media forum" saytına verilən məlumatda deyilir ki, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon idarəsinin rəisi Alim Zeynalovla rəis müavini Səyyab Cəfərov cinayət əlaqəsinə girərək vətəndaşın barəsində tərtib olunmuş aktın ləğvi müqabilində 2 min manat rüşvət tələb ediblər.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Alim Zeynalov fevralın 20-də rayon baytarlıq idarəsinin inzibati binasındakı xidməti otağında Ağcabədi rayon sakinindən 500 manat rüşvət aldığı vaxt yaxalanıb.

Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən rəis və müavini barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az