03:37
(077) 610-22-33

Hüquq müdafiəçisinə 8 il iş kəsildi

  • >
2 592 27 Fevral 2013 13:20 | Hadisə

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun 8 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib: "Ona qarşı irəli sürülən ittihamlar tamamilə saxta, qurama idi, heç biri məhkəmədə təsdiqini tapmadı. Biz bunu bir sifariş hesab edirik".

Hüquq müdafiəçisinə qarşı cinayət işi Hərbi-Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında açılıb.

Dələduzluqda ittiham olunan Bəxtiyar Məmmədov 2011-ci ilin dekabrında həbs edilib.

B. Məmmədov Şahin Sultanovu Bayraq Meydanının tikintisi zamanı 10 min manat müqabilində 29 hərbçini qanunsuz evlərindən çıxarmaqda ittiham edir.

Prokuror məhkəmədən ona 12 il həbs cəzası verilməsini istəmişdi.

AzNews.az
Bağla X