Dekabrın 10-da axşam saatlarında Şabran Mərkəzi Xəstəxanasından şəhər sakini Roman Dəmirovun qarın boşluğuna daxilə nüfuz etmə nəticəsində aldığı xəsarətlə gətirilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dekabrın 10-da axşam saatlarında Şabran Mərkəzi Xəstəxanasından şəhər sakini Roman Dəmirovun qarın boşluğuna daxilə nüfuz etmə nəticəsində aldığı xəsarətlə gətirilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şabranda əməliyyat - Şübhəli şəxs saxlanıldı

Dekabrın 10-da axşam saatlarında Şabran Mərkəzi Xəstəxanasından şəhər sakini Roman Dəmirovun qarın boşluğuna daxilə nüfuz etmə nəticəsində aldığı xəsarətlə gətirilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyən olunub. Keçirilmiş tədbirlərlə şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Şabran RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.