Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib. Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

Mingəçevirdə qaçqın şəhərciyində yanğın - 5 nəfər zəhərləndi

Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə 9 saylı doqquzmərtəbəli binada qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.